525.Az

Putin Rusiyanı ayıya bənzətdi


 

Putin Rusiyanı ayıya bənzətdi<b style="color:red"></b>

Moskvanın Beynəlxalq Ticarət Mərkəzində dünyanın müxətlif ölkələrindən olan 1800 jurnalist qarşısında ənənəvi mətbuat konfransı keçirən prezident Vladimir Putin ölkəsinu hazırki durumda ayı ilə müqayisə edib.

Putin bununla Qərb ölkələrini hədəfə alıb:

“Ayı bal və giləmeyvə yeməklə yaşayır. Amma ayını nə vaxtsa dinc qoyurlar? Yox. Ayını həmişə zəncirləmək, dişlərini və pəncələrini qopartmaq istəyəcəklər. Sonra isə dərisini soyub divardan asacaqlar. Bax, bizə də belə seçim təklif edirlər”.

Putin deyib ki, Rusiyanın indiki iqtisadi böhrandan çıxmaq üçün ən pis halda 2 il vaxt lazım olacaq. “Uzağı 2 ilə Rusiyadakı böhran aradan qalxacaq. Amma bundan əvvəl də baş verə bilər”.

Prezident Rusiyanın indiki duruma düşməsini xarici amillərlə əlaqələndirib. Onun sözlərinə görə, Rusiya ya müstəqil iqtisadiyyat yaratmalı, ya da məhv olmalıdır.

“Rusiyadakı böhran Krıma görə intiqamın nəticəsi deyil. Bunlar Rusiyaya qarşı Berlin divarından sonra davam edən məkrli planlardır”-deyə Putin Qərbə qarşı hikkəsini nümayiş etdirib

Modern.az

 





18.12.2014    çap et  çap et