525.Az

Nazir vəd verdi


 

Nazir vəd verdi<b style="color:red"></b> “Cari ilin əvvəlinədək növbədə dayanan müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin qısa müddətdə bir nəfər kimi avtomobillə təmin olunması  nəqliyyat vasitəsi ilə bağlı müraciətlərin artmasına səbəb olub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu nazir Səlim Müslümov bildirib.
 
Onun sözlərinə görə, bu prosesdə qanunvericiliyin tələblərinə ciddi riayət olunur və il ərzində müraciət edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilir.
 
“Bu sahədə şəffaflığın təmin olunması üçün tibbi göstəriş əsasında növbəyə dayanan şəxslər dərhal nazirliyin rəsmi internet saytındakı müvafiq növbəlilik siyahısına daxil edilir. Bu şəxslərin avtomobillə təminatı davam etdiriləcək”.

Nazir bildirib ki, ümumiyyətlə, əlilliyi olan şəxslərin və sosial cəhətdən həssas əhali kateqoriyalarının sosial müdafiəsinin aktiv vasitələrlə dəstəklənməsi,  onların səmərəli məşğulluğunun təmin olunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi yönündə də fəaliyyət gücləndiriləcək.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Yevlax rayonunda 5 rayon və şəhərin sakinləri ilə görüşüb.
 





18.12.2014    çap et  çap et