525.Az

BDU 95 yaşını qeyd edir


 

BDU 95 yaşını qeyd edir<b style="color:red"></b> Bakı Dövlət Universitetinin (BDU) 95 illik yubileyinə həsr olunan tədbir keçirilir.
 
APA-nın xəbərinə görə, tədbirdən öncə BDU rəhbərliyi və kollektivi Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra BDU-da “Universitetin təsis edilməsi” rəsm tablosunun açılışı olub. Sonra isə qonaqlar universitetin 95 illiyi ilə bağlı sərginin açılışında iştirak ediblər.
 
Yubiley tədbirində təhsil naziri Mikayıl Cabbarov, AMEA prezidenti Akif Əlizadə,Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazədə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Milli Məclisin vitse-spikerləriBahar Muradova, Ziyafət Əsgərov, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edir.
 
Tədbirin açılışında universitetin xoru beynəlxalq tələbə himni “Qaudeamus”u, tələbə Əlihüseyn Quluzadə Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edib, “Universitetin yaranması” haqqında qısa qrafik film nümayiş olunub.
 
Daha sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov “95 illik şərəfli yol” mövzusunda məruzə ilə çıxış edib. Rektor bildirib ki, Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir. Universitetin hər zaman Azərbaycanda mütərəqqi fikrinin, milli düşüncəsinin mərkəzi olduğunu deyən A. Məhərrəmov əlavə edib ki, burada Azərbaycanın yüzlərlə tanınmış alimi, ziyalısı, görkəmli diplomatları təhsil alıblar.
 





18.12.2014    çap et  çap et