525.Az

Ağ Ev Dövlət Departamentini təkzib etdi


 

Ağ Ev Dövlət Departamentini təkzib etdi<b style="color:red"></b> Prezident Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qanun layihəsini hələ ki, imzalamayıb.
 
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə agentliyə məsələnin  detalları ilə ətraflı tanış olan ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib.
 
"Prezident Obama qanun layihəsini hələ ki, imzalamayıb”, deyə mənbə bildirib.
 
Məlum olduğu kimi, bir qədər əvvəl  ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki prezident Barak Obama tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qanun layihəsinin imzaladığını bildirmişdi.

Onun sözlərinə görə, adıçəkilən qanun layihəsi  Ukrayna hökumətinə silah-sursatın tədarükünü də nəzərdə tutur.
 





18.12.2014    çap et  çap et