525.Az

Obama Rusiyaya qarşı fərman imzaladı


 

Obama Rusiyaya qarşı fərman imzaladı<b style="color:red"></b> ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qanun layihəsini imzalayıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.
 
“Prezident sənədi dünən imzalayıb”, deyə C.Psaki bildirib.
 
Onun sözlərinə görə, adıçəkilən qanun layihəsi  Ukrayna hökumətinə silah-sursatın tədarükünü də nəzərdə tutur.
 





18.12.2014    çap et  çap et