525.Az

Hidrogen mühərrikli avtomobillərin satışına başlanılıb


 

Hidrogen mühərrikli avtomobillərin satışına başlanılıb<b style="color:red"></b>

Yeni texnologiyalı hidrogen və elektrik mühərrikli avtomobillər bir neçə ilə dünyanı dəyişə bilər.

525.az-ın “AzərTAc” istinadən verdiyi məlumata görə, yapon dilindən tərcümədə “Gələcək artıq indidən” mənasını verən hidrogen mühərrikli avtomobillərin ilk seriyalı modeli yalnız hidrogenlə işləyir və havaya su buxarından başqa heç bir zərərli maddə buraxmır. O, müasir benzin mühərrikindən iki dəfə effektiv olsa da, həddindən artıq bahalıdır. Hazırda belə avtomobilin qiyməti təxminən 61 min dollara yaxındır.

Alternativ texnologiya sisteminin əsas bəlası da elə qiymətlərin baha olmasıdır. Yaponiya hökuməti innovasiyalar xətrinə daxili bazardakı alıcılara subsidiya ayıracağını vəd edib.

Artıq innovativ avtomobillərin satışına başlanılıb. İndi alıcıları düşündürən əsas sual qiymətlərin nə zaman ucuzlaşacağıdır.

 





18.12.2014    çap et  çap et