525.Az

Raul Kastro ABŞ-la münasibətlərin bərpasını təsdiqlədi


 

Raul Kastro ABŞ-la münasibətlərin bərpasını təsdiqlədi<b style="color:red"></b> Kubanın lideri Raul Kastro yerli televiziya vasitəsilə xalqa müraciət edərək ABŞ-la münasibətlərin bərpasını təsdiqləyib.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən məlumatına görə, Vaşinqtonda və Havanada hər iki ölkənin səfirliyinin açılacağı gözlənilir.
 
“Biz yarım əsir əvvəl kəsilmiş diplomatik münasibətləri bərpa edirik”, deyə R.Kastro bildirib.
 
Xatırladaq ki, ABŞ-la Kuba arasında diplomatik münasibətlər 1961-ci ildən kəsilmişdi.
 





18.12.2014    çap et  çap et