525.Az

Stokholmdakı "Nobel dialoqu"nda Azərbaycan da təmsil olunub


 

Stokholmdakı "Nobel dialoqu"nda Azərbaycan da təmsil olunub<b style="color:red"></b>

Dekabrın 8-12-də İsveçin paytaxtı Stokholm şəhərində Nobel həftəsi çərçivəsində "Nobel dialoqu" elmi konfransı keçirilib.
 
Ənənəvi olaraq hər il Nobel mükafatlarının təqdim edilməsi mərasimindən qabaq keçirilən konfransda İsveç alimləri və Nobel laureatları ilə yanaşı, İngiltərə, Kanada, ABŞ, Almaniya və Yaponiyadan olan gənc tədqiqatçılar da iştirak ediblər. Konfransda iştirak edən Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin doktorantı Teymur Dadaşov hüquq elmi tarixinin tədqiqat problemləri və onun tədrisi məsələləri, hüquqi iqtisadi cəhətdən müasir metodologiyanın və metodik tədqiqatların hazırlanması barədə çıxış edib, tədqiqatçıları maraqlandıran sualları cavablandırıb.

Digər çıxışlarda müasir dünya və islam fəlsəfəsinin aktual məsələlərinə diqqət yetirilərək, hazırkı şəraitdə fəlsəfi tədqiqatların prioritet vəzifələri önə çəkilib.

Əsas məruzələrdən sonra konfrans sessiyalar üzrə öz işini davam etdirib. Konfransda 3 sessiya üzrə 10-a yaxın tanınmış tədqiqatçı, o cümlədən Nobel laureatları təqdimatla çıxış edib. Sessiyalarda yaşlaşma dövründə makroiqtisadi çağırışlar, inkisaf etməkdə olan ölkələrdə bununla bağlı dövlət siyasəti, iqtisadi sisteminin tənzimlənməsi problemləri müzakirə edilib və bu mövzulara dair aparılmış tədqiqat işlərinin təqdimatı keçirilib.

Nobel həftəsi çərçivəsində həmçinin BBC telekanalının ənənəvi builki laureatların və gənc tədqiqatçıların iştirakı ilə "Nobel Debatı" verilişinin çəkilişi aparılıb.

 





17.12.2014    çap et  çap et