525.Az

Zəlimxan Yaqubun yeni kitabı


 

Zəlimxan Yaqubun yeni kitabı <b style="color:red"></b>

Bu günlərdə Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb.

Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlunun verdiyi məlumata görə, kitaba şairin Xalq yazıçısı İsa Muğannaya həsr etdiyi "Ün" poeması daxildir. Azərbaycan Atatürk Mərkəzinin nəşr etdirdiyi kitab "Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla çap olunub.

Kitaba ön sözündə Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov yazır: "İsa Muğanna mütəfəkkir nasir olduğu kimi, Zəlimxan Yaqub da mütəfəkkir şairdir. Və ona görə də Zəlimxan Yaqubun poetik-fəlsəfi interpretasiyasında İsa Muğanna həm bütün tərəfləri - miqyası, həm də daxili zənginliyi - dərinliyi ilə görünür".

Kitabın redaktoru Dəyanət Osmanlıdır.

 





16.12.2014    çap et  çap et