525.Az

Tofiq Bayramın 80 yaşı tamam oldu


 

Tofiq Bayramın 80 yaşı tamam oldu<b style="color:red"></b> Bu gün tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar mədəniyyət işçisi Tofiq Bayramın 80 yaşı tamam olub.

Lent.az-ın kino.org.az-a istinadən verdiyi xəbərə görə, Tofiq Qulam oğlu Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri kimi başlayıb.

Sonralar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, M. F. Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı, “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləyib. 12 kitabı işıq üzü görüb.
 
A.T. Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb.
 
Tofiq Bayram 1991-ci il aprelin 18-də vəfat edib. Bakının Əmircan kəndində dəfn olunub.
 





16.12.2014    çap et  çap et