525.Az

Bu gün Ramiz Rövşənin doğum günüdür


 

Bu gün Ramiz Rövşənin doğum günüdür<b style="color:red"></b>

Bu gün şair Ramiz Rövşənin 68 yaşı tamam olur.

525.az-ın verdiyi məlumata görə, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.

Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.

1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

Mənbə: Vikipediya

 





15.12.2014    çap et  çap et