525.Az

Dünyanın “sakit” okeanı (Şeirlər)


 

Dünyanın “sakit” okeanı <b style="color:red"> (Şeirlər)</b> Səyyarə MƏMMƏDLİ

 

 

Bu gün oxuduqca

 

əsrlərin,

 

illərin o üzündən

 

SÖZün cəzalanmaq

 

şaqqalanmaq,

 

soyulmaq,

 

döyülməksəsigəlir.

 

Hələbdə dərisi soyulan da

 

Nəsimi deyildi,

 

Nəsiminin SÖZüydü.

 

Soyulduqca

 

bir SÖZün altında

 

başqa bir SÖZ göründü.

 

Soyasoya gördülər ki,

 

SÖZ qədər keçilməz,

 

qədər dərindi.

 

Bu dərinlikdən,

 

əsrlərin,

 

qərinələrin qatlarından

 

keçə keçə

 

dupduru bulaq kimi

 

yenə üzə çıxdı SÖZ.

 

Önünü kəsən qaranlıqların,

 

bulanıq sulu sellərin gözünə

 

həmişə

 

şimşək kimi çaxdı SÖZ.

 

 

SÖZ

 

 

Hər zaman bizimlədi.

 

Yalnız gecələr oyaq qalır,

 

biz yuxuya gedəndə.

 

Nəzarətdən çıxıb

 

nağıllaşır

 

beynimizdə.

 

Yüyənsiz at kimi

 

baş alıb gedir.

 

Hər arzumuza çatdırır,

 

xoşbəxtedib,

 

aldadır bizi

 

yuxularda.

 

Biz oyananda

 

söz gəlir özünə.

 

Addım-addım yeriyir bizimlə.

 

Hara baxırsan

 

təkrar-təkrar deyilən

 

sözə bənzəyir.

 

Küçələr,

 

maşınlar,

 

binalar,

 

adamlar...

 

Gözə dəyən,

 

sözlə deyilən var

 

sözdü.

 

Hər bahar

 

qönçə dimdiyində

 

söz açılır çiçək-çiçək.

 

Payızda

 

ağaclardan yarpaq-yarpaq,

 

çiçəklərdən ləçək-ləçək

 

söz tökülür.

 

Qızılı xəzəllər

 

yerə düşənsöz kimi

 

tapdanır ayaq altda.

 

Qar altında gizlənən

 

bənövşə isə

 

gizlin sözə bənzəyir.

 

Dəyərli söz

 

par-par yanan

 

ulduzlar kimi

 

məskən salır

 

ucalıqda.

 

Həzin səslə axan bulaq

 

pıçıltıyla,

 

şaqraq səslə axan çay

 

çılğınlıqla deyilən

 

sözdü.

 

Damla-damla yağan yağış

 

ürəyə sərinlik gətirən,

 

narın-narın yağan qar

 

ürəyə yatan sözdü.

 

Həzin külək

 

təskinlik verən,

 

dəli külək

 

qəzəblə deyilən sözdü.

 

Ətrafımızda olan hər şey

 

yerinə düşənsözə bənzəyir.

 

Amma kaş

 

yerinə düşməyənsöz kimi

 

yer qaçmasın ayaq altdan,

 

dənizlər daşmasın

 

fəlakətlər olmasın

 

heç yerdə.

 

Dünyanınsakitokeanı

 

 

Qəzəbi içindən çağlayacaqmış.

 

Dünyaya səs saldı o gün

 

Sakit okean.

 

canlını qoyub,

 

cansızı apardı,

 

yaxşını qoyub,

 

yamanı apardı,

 

doğrunu qoyub

 

yalanı apardı...

 

Əşya da,

 

insan da

 

eyni oldu o gün.

 

Yaponiyanı

 

qabağına qatıb apardı

 

Sakit okean.

 

Adınasakitdedilər.

 

Amma kükrəyib

 

on metr hündürlüyə qalxan

 

qəzəbinə çatan

 

qəzəb olmamışdı

 

indiyə kimi.

 

Binalar, qatarlar,

 

maşınlar

 

cılız oyuncağa dönmüşdü

 

qabağında.

 

Yaponiyada qiyamət qopardı

 

Sakit okean.

 

Adınasakitdedilər.

 

Amma Yerin oxunu tərpətdi,

 

ürəkləri titrədib təlatümə,

 

vahiməyə,

 

insan həyatını

 

misli görünməmiş

 

fəlakətə qərq elədi

 

Sakit okean.

 

Sunaminin qabağında

 

yerlə-yeksan oldu,

 

küründü Yaponiya.

 

Bu dəhşətin,

 

fəlakətin qarşısını almaq üçün

 

robotlar,

 

hər addımda bir edilən

 

ixtiralar köməyə gəldi.

 

Bu fəlakətdən sonra

 

bəlkə

 

yaponların gözü

 

tam açıla

 

bilələr ki,

 

təbiətin hökmü

 

hər ixtiradan güclüymüş.

 

Tanrının yaratdığının qabağında

 

yenisini yaratmaq olmaz.

 

Yaradan BİRdir.

 

Bəlkə

 

Tanrının qəzəbinə tuş gəldi o gün

 

Yaponiya.
 





21.11.2012    çap et  çap et