525.Az

Sahibinin qəbrinin üstündə keşik çəkən it - Video


 

Sahibinin qəbrinin üstündə keşik çəkən it - <b style="color:red">Video</b>

Novosibirskdə yaşayan yaşlı sakinlərdən biri səhhətindəki problemlərlə bağlı xəstəxanaya düşüb.

Həmin sakinin yeganə ziyarətçisi məhz Maşa adlı bu it olub. Maşa gündüz saatlarını xəstəxana palatasında sahibinn yanında, gecəni isə evə dönərək mənzili oğrulardan qorumaqla keçirib. Sahibi dünyadan köçsə də, it sanki bu vərdişini tərgitməyib. Xəstəxana işçiləri bu sevimli və sadiq it üçün tibb mərkəzinin həyətində xüsusi dam düzəldib.

Tibb bacıları deyir ki, Maşaya ürəyi yanan ailələrdən biri onu öz evlərində saxlamağa çalışıb. Ancaq yeni ailəsinə öyrəşə bilməyən köpək  sahibini gözlədiyi xəstəxanaya, ordan da əvvəlki mənzilə qaçıb. Zooloqlar bu itə necə deyərlər onun sahibini öldüyünü başa salmağa çalışsa da, heç bir dərman, müalicə Maşanı əvvəlki vəziyyətində qaytarmayıb.

Atvxeber.az

 





28.11.2014    çap et  çap et