525.Az

BMT nümayəndəliyi girovların yaxınlarını qəbul etmədi


 

BMT nümayəndəliyi girovların yaxınlarını qəbul etmədi<b style="color:red"></b>

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları Sahib Musayev və İlham Quliyev bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyində olublar, nümayəndəliyin rəhbəri Antonius Brukla görüşmək üçün yazılı müraciət ediblər.

Qarabağ Azadlıq Təşkilatının 525.az-a verdiyi məlumata görə, onların məqsədi BMT rəhbərliyinin azərbaycanlı girovların taleyi, onların sağlıq durumu və geri qaytarılması ilə bağlı məsələyə müdaxilə etməsinə nail olmaqdan ibarətdir.

Nümayəndəlikdən heç kəs Sahib Musayev və İlham Quliyevlə görüşmək istəməyib, onlara başqa ünvanlara müraciət etməyi məsləhət görüblər.

Dilqəm Əsgərovun qardaşı Sahib Musayev BMT nümayəndəliyinin bu münasibətinin qeyri-insani hərəkət olduğunu bildirib, bu istiqamətdə təşəbbüslərini davam etdirəcəklərini vurğulayıb.

 





28.11.2014    çap et  çap et