525.Az

Şair Əli Tudə anılıb


 

Şair Əli Tudə anılıb<b style="color:red"></b>

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ictimai xadim, Azərbaycan mühacir ədəbiyyatının tanınmış nümayəndəsi, Əməkdar İncəsənət Xadimi, şair Əli Tudənin 90 illik yubileyinə həsr edilmiş mərasim keçirilib.

Yubiley tədbirində Xalq şairi Nəriman Həsənzadə şairin həyat və yaradıcılığından söhbət açıb.

Bildirilib ki, Ə.Tudə Təbrizdə mətbuatın inkişafında böyük rol oynayıb, bu şəhərdə ilk dəfə Milli Filarmoniya yaradıb, onun ilk və son rəhbəri olub. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən gənc Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən "Tudə", yəni, "Xalq" təxəllüsü verilib.

Qeyd edilib ki, 50 poemanın, 40-a yaxın kitabın müəllifi olan şairin əsərləri özbək, qırğız, hind, Ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub.

Tədbirdə Ə.Tudənin öz səsində xatirə lent yazıları dinlənilib, incəsənət ustalarının ifasında şeirləri və şeirlərinə bəstələnmiş mahnıları səsləndirilib.

Şairin oğlu Natiq Cavadzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 





28.11.2014    çap et  çap et