525.Az

"Azərbaycan rəssamlarının foto portretləri" sərgilənəcək


 

"Azərbaycan rəssamlarının foto portretləri" sərgilənəcək<b style="color:red"></b>

Dekabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər birliklərinin üzvü Şirməmməd Nəzərlinin "Azərbaycan rəssamlarının foto portretləri" sərgisi açılacaq.

Sərgidə ARİ tarixində ilk dəfə olaraq respublikanın tanınmış rəssam, heykəltəraş və sənətşünaslarının portretləri nümayiş olunacaq.

ARİ-nin dəstəyi ilə reallaşacaq sərginin məqsədi yaradıcı insanlara diqqət göstərmək, onların bir-biriləri ilə növbəti dəfə təmasda olmalarına şərait yaratmaq, foto sənəti ilə rəssam yaradıcılığının yaxınlığı mövzusunda mülahizələr aparmağa yardımçı olmaqdan ibarətdir.

"Azərbaycan rəssamlarının foto portretləri" sərgisi üçün 55 sənətkarın portreti hazırlanıb.

Üç gün davam edəcək fotosərgi müəllifin tamaşaçılar qarşısında beşinci hesabatıdır.

 





28.11.2014    çap et  çap et