525.Az

Ermənistanda dəfn şousu...


 

MİLLƏT VƏKİLİ SAHİB ALIYEV: "HELİKOPTER SADƏCƏ YERƏ DÜŞSƏYDİ, ONDA CƏSƏDLƏRİN VARLIĞINDAN DANIŞMAQ MÜMKÜN OLARDI"

Ermənistanda dəfn şousu...<b style="color:red"></b>

Ermənilər Ağdamda vurulan helikopterin ekipaj üzvlərinin cəsədlərini əməliyyat keçirərək hadisə yerindən çıxardıqlarına dair məlumatlar yayıblar.

Sarkisyan rejimi bununla təkcə həlak olan hərbçilərinin meyitlərini geri qaytardıqlarını bildirməyə çalışmayıb, eyni zamanda, erməni kəşfiyyatının, xüsusi təyinatlılarının peşəkarlığını da diqqətə çatdırmaq istəyib. Lakin təmas xəttinin Azərbaycana aid olan hissəsinə keçərək döyüş kursu vəziyyətində mövqelərimizə hücum edən Mi-24 tipli hərbi helikopterin vurulma anının görüntülərindən də məlum olduğu kimi ekipaj üzvləri ən azından yanaraq tanınmaz hala düşüblər.
 
Erməni xisləti isə imkan verir ki, istənilən meyiti tanınmaz vəziyyətə gətirib həmin ekipaj üzvlərinin adı ilə öz xalqına və dünyaya təqdim etsinlər. Bununla kifayətlənməyən Sarkisyan və onun cinayətkar dəstəsi ekipaj üzvləri üçün dəfn mərasimi də təşkil edərək erməni xalqının hissləri ilə oynamağa nail olublar. Növbəti erməni saxtakarlığı kimi tarixə qovuşan qondarma dəfn şousu, beləliklə, Sarkisyanın törətdiyi saysız-hesabsız cinayətlərin sırasına əlavə olunub.

Millət vəkili Sahib Alıyev qeyd edib ki, son bir neçə gündə Ermənistanın bir rəsmisi qalmayıb ki, hansısa bir əcnəbiylə görüşüb onları Ağdamda vurulan helikopterlərinin ekipaj üzvlərinin cəsədlərini əməliyyat keçirərək hadisə yerindən çıxardıqlarına inandırmağa çalışmasın. Onun sözlərinə görə, indi həmin əcnəbilərdən kimsə dönüb desə ki, əməliyyat keçirmisiniz, yaxşı eləmisiniz: Bizi buna inandırmaq nə üçündür? Gedin ekipaj üzvlərinin yaxınlarını və xalqınızı buna inandırın. Onda nə edəcəklər?".

S.Alıyev deyib ki, bəzi erməni qaynaqları hələ ötən həftə olay yerində nəinki cəsəd, heç onların fraqmentlərinin belə nəzərə çarpmadığını bildiriblər: "Orada cəsəd deyilən nəsə var, yoxsa yoxdur? Əgər varsa, bu qədər müddətdə qurd-quş onlardan əsər-əlamət qoyubmu qalsın? Belə anlaşılır ki, Ermənistandakıları cəsəd deyil, daha çox vurulan helikopterdəki hansısa detallar maraqlandırır və olay yerinə ona görə can atırlar".

Erməni təbliğat maşınının Stalin dönəmindən qalma metodlarla işlədiyini deyən millət vəkilinin sözlərinə görə, guya bu əməliyyat zamanı xeyli azərbaycanlı hərbçi öldürülsə də, ermənilərin burnu belə qanamayıb:

"Bu açıqlamanın ardınca da ekipaj üzvlərini "İgidliyə görə" medalıyla təltif ediblər. Baxmayaraq ki, burada heç bir igidlikdən söhbət getmir. Mi-24 helikopterindəkiləri qurbanlıq qoyun kimi mövqelərimiz üzərində uçuşa təhrik etdilər ki, onlar da necə lazımdırsa, qarşılandılar. Maraqlı olan bu deyil. Maraqlı olan odur ki, əgər doğrudan da ermənilər belə bir əməliyyat keçiriblərsə, onda niyə həmin əməliyyata qatılanlardan biri də təltif olunmayıb? Axı əslində vurulan helikopterin ekipaj üzvləri deyil, onların cəsədlərini intensiv gülləbaranın altında olay yerindən çıxaranların etdikləri igidlikdir. Əlbəttə, əgər bu baş verərdisə. Beləliklə, növbəti erməni blefi ortadadır. Əgər o cür partlayış və alovdan sonra qalıq deyilən bir şey qalıbsa və həqiqətən vurulan Mi-24-ün ekipaj üzvlərinin cəsədlərindən söhbət gedirdə, onlar hara düşübsə orada da qalıblar".

Erməni generallardan birinin helikopterin mövqelərimizin cəmi 20 metrliyində yerə düşdüyünü açıqladığını deyən S.Alıyev hesab edir ki, əgər o dediyi doğrudursa, adi gözlə 20 yox, 200 metrlikdə belə meyitlərin olub-olmadığını müəyyənləşdirmək çətin məsələ deyil: "Bu o deməkdir ki, ermənilərin bu haqda dəqiqi bilgiləri var, amma müəyyən səbəblərdən heç nə demirlər. Və düz də edirlər. Mənə isə elə gəlir ki, əgər helikopter sadəcə yerə düşsəydı, onda cəsədlərin varlığından danışmaq mümkün olardı. Ancaq helikopter raketlə vurulduğundan və yerə düşən kimi də partlayıb yandığından onun içindəkilərdən çətin ki, nəsə qala.
Fikrimcə, ermənilərin olay yerindən cəsədləri götürmələri haqda şouları da məhz buna hesablanıb. Və bu şounun adı belədir: "Olmayan cəsədlər üçün olmayan əməliyyat".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili  Fərəc Quliyev "SİA"ya açıqlamasında bildirib ki, erməni zabitlərinin qondarma dəfn mərasimi daxili rəyə hesablanan bir jestdir.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən vurulan hərbi helikopterdə məhv edilən zabitləri geri qaytarmaları haqda yalan məlumatlar yayıb, yalandan dəfn mərasimi keçirməklə bildirmək istəyirlər ki, onlar heç də zəif deyil, helikopterləri vurulsa da, "xüsusi əməliyyat"la meyitlərini götürə biliblər: "Görüntülərdən də aydın olur ki, Ermənistan tərəfindən heç bir "xüsusi əməliyyat" həyata keçirilməyib. Onlar görüntülərdə paltarına his belə dəyməmiş adam göstərirlər. Bu, erməni təfəkkürüdür. Ermənistanda da aydın düşüncəyə malik olanlar bilir ki, bu saxta prestijə hesablanan addımdır. Artıq Serj Sarkisyan da anlayır ki, Azərbaycandan qat-qat gücsüzdürlər və mütləq cəzalanacaqlar".

Ceyhun ABASOV

 





28.11.2014    çap et  çap et