525.Az

"Azərbaycan yeni inkişaf mərhələsini yaşayır"


 

"Azərbaycan yeni inkişaf mərhələsini yaşayır" <b style="color:red"></b>

"Azərbaycanda bütün sahələrdə müsbət dəyişikliklər müşahidə olunur. Təbii ki, bu inkişafın əsasında da ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, eyni zamanda, inzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub".
 
Bu fikirləri mətbuata açıqlamasında gələn ilin dövlət büdcəsi layihəsinə münasibət bildirən millət vəkili Sahibə Qafarova səsləndirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, həmçinin, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəmizi regionun iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb: "Bu model Azərbaycanın iqtisadi inkişafını sürətləndirməklə yanaşı, əhalinin sosial rifahının yüksəlməsində də özünü təcəssüm etdirir.

Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində uğurlarımız davamlı xarakter daşıyır və yeni-yeni nailiyyətlər qazanılır. Eyni zamanda, bu siyasət əhalinin rifahının yüksəlməsində özünü ifadə etməkdədir. Gələn ilin dövlət büdcəsinin əhatəli təhlili də məhz bu gerçəkliyi ortaya qoyur".

Gələn ilin dövlət büdcəsinin Azərbaycanın iqtisadi qüdrətini real olaraq ifadə etdiyini və davamlı inkişafı şərtləndirdiyini vurğulayan millət vəkili söyləyib ki, büdcənin müasir dövrün şərtləri və Azərbaycanın iqtisadi inkişaf dinamikasının yaratdığı imkanları çərçivəsində hazırlanması ölkəmizdə düzgün büdcə siyasətinin həyata keçirildiyini bir daha göstərir. O deyib ki, respublikamız idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, dövlət maliyyə qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atıb: "Əlbəttə ki, gələn ilin dövlət büdcəsindən xərclərin doğru proporsiyasının müəyyənləşdirilməsi, strateji sahələrə ayrılan vəsaitin həcminin artırılması kifayət qədər müsbət məqam olmaqla yanaşı, dövlətin və hökumətin düzgün büdcə siyasətinin daha bir örnəyidir.

Xüsusilə, təhsil, elm, hərbi, sosial müdafiə sahələrinə ayrılan vəsaitlərin artırılması təqdirəlayiqdir. Həmçinin, regionların inkişafına dövlət dəstəyi də müsbət məqamlardandır".

K.HƏMİDOV

 





28.11.2014    çap et  çap et