525.Az

“Azərbaycanın inkişafı Avropanın müxtəlif qurumlarını narahat edir”


 

“Azərbaycanın inkişafı Avropanın müxtəlif qurumlarını narahat edir”<b style="color:red"></b>

“Azərbaycanın inkişafı bir çox insanları, Avropanın müxtəlif qurumlarını narahat edir”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, Azərbaycana qarşı yönələn çıxış və bəyanatlar Azərbaycanda gedən inkişafın və ictimai-siyasi sabitliyin bir çox insanları narahat etməsindən qaynaqlanır:
 
“Bunun nəticəsi olaraq da dəfələrlə ədalətsiz şəkildə, demokratiya və insan haqlarına zidd şəkildə Azərbaycana qarşı müxtəlif qərarlar qəbul edirlər. Bu qərarlara səs verənlər arasında elə adamlar var ki, soruşsan kimləri müdafiə edirsən, bu adamlar kimdir, onların ad-familiyasını doğru-düzgün qeyd edə bilməyəcəklər. Amma təəssüflər olsun ki, erməni lobbisinin təhriki nəticəsində biz bunu ardıcıl olaraq hiss edirik. Bundan öncə ABŞ prezidenti, heç bilmir ki, Azərbaycanda hansı QHT-lər var, oradan bir çıxış edir.

Çexiyada bir Emin Milli var. Əslində adını qeyri-milli yazmalıdır, milli yazıb. Bir qrup erməni lobbisini gətirib, özünü qəfəsə salıb, tədbir keçirir. Daha sonra Gürcüstana gələrək, mətbuat nümayəndələrini yığır, nə Ermənistan, nə də Gürcüstan haqqında çıxışlar olmur, sırf Azərbaycana yönəlmiş bir tədbir keçirir. Aydındır ki, burda da erməni lobbisinin, ermənilərin və Avropanın müxtəlif fondlarının təsiri göz qarşısındadır. Biz çox ciddi şəkildə bunlara qarşı mübarizə aparmalıyıq. Bunların təhrik etdiyi heç bir məsələyə biz getməməliyik. Biz hər dəfə bunlara qarşı addım atdıqca, bunlar bir az da bəyanatları sərtləşdirirlər. Heç bir dövlətin başqa dövlətin daxili işinə qarışmağa ixtiyarı yoxdur, o cümlədən də qurumların”.

 





28.11.2014    çap et  çap et