525.Az

Əmək Məcəlləsinə və məşğulluq qanununa dəyişiklik edildi


 

Əmək Məcəlləsinə və məşğulluq qanununa dəyişiklik edildi<b style="color:red"></b>

Noyabrın 28-də Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edib. Yeniliyə görə, Azərbaycanda əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərdən toplanan cərimələrin 25%-i müvafiq icra hakimiyyəti orqanı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf ediləcək.

 “Media forum” saytı xəbər verir ki, “Məşğulluq haqqında” qanuna da yenilik edilib. Deputatların səs verdiyi dəyişikliyə əsasən, işçilərin ixtisarı barədə müvafiq icra hakimiyyəti orqanına azı 2 ay əvvəlcədən, vakansiya barədə ən geci 5 gün müddətində məlumat verməyən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının göndərişi, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməyən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin cərimələnməsindən toplanan vəsaitlərin 25%-i qeyd edilən məsələlərə sərf ediləcək.

 





28.11.2014    çap et  çap et