525.Az

Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçiriləcək


 

Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçiriləcək<b style="color:red"></b> Cari ilin 2-5 dekabr tarixlərində təşkil olunacaq “Bakutel” XX Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində, 03.12.2014-cü il tarixində Bakı Biznes Mərkəzində Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçiriləcək.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, forumda Azərbaycan və Türkiyənin aparıcı İKT şirkətləri arasında əməkdaşlıq, hər iki ölkədə və 3-cü ölkələrdə birgə investisiya imkanları müzakirə olunacaq, ikitərəfli görüşlər keçiriləcək.
 
Forum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İstanbul Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilir.
 
Tədbirin rəsmi hissəsində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini cənab İltimas Məmmədov, Türkiyə Respublikasının informasiya və kommunikasiya texnologiyaları qurumunun sədri cənab Tayfun Acarer, İstanbul Ticarət Palatasının sədri, cənab İbrahim Çağlar və Türkiyənin ölkəmizdəki səfiri cənab Alper Coşkunun çıxış etməsi nəzərdə tutulur.
 
Forumun ikinci hissəsi B2B formatında davam edəcək, hər iki ölkənin aparıcı İKT şirkətləri arasında ikitərəfli görüşlər keçiriləcək.
 





28.11.2014    çap et  çap et