525.Az

Erməni hüquq müdafiəçisi Leyla Yunusu müdafiə edib


 

Erməni hüquq müdafiəçisi Leyla Yunusu müdafiə edib<b style="color:red"></b> Ermənistanın aparıcı jurnalistlərindən biri olan Laura Baqdasaryan həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhətində yaranmış problemlərlə bağlı xəbərlərin yayılmasından narahatlıq keçirdiyini açıqlayıb.
 
APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, L. Baqdasaryan açıq məktubda Azərbaycandan olan 58 yaşlı həmkarının təqib olunmasını pisləyib.
 
“Azattık”ın erməni redaksiyasına müsahibəsində L. Baqdasaryan bildirib ki, əvvələr məsələ ilə bağlı şərh verməkdən çəkinirdi, çünki İrəvandan verilən dəstəyin L. Yunusun vəziyyətini daha ağırlaşdıracağından ehtiyatlanırdı.
 
Qeyd edək ki, L. Yunus Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), həyat yoldaşı Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) , 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci maddələri ilə təqsirli bilinirlər.

Bu ilin iyulun 30-da L. Yunus qeyd olunan maddələrlə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, A. Yunusun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 





28.11.2014    çap et  çap et