525.Az

"Sent-Etyen" - "Qarabağ" 1:1


 

"Sent-Etyen" - "Qarabağ" 1:1<b style="color:red"></b>

Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ” dünən meydana çıxıb.

Ağdam klubu səfərdə Fransa “Sent Etyen”i qarşılaşıb. Bakıda keçirilən ilk oyunda rəqibi ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun komandası qrupdan çıxmaq şansını saxlamaq üçün səfərdən ən azı bir xalla dönməli idi ki, bunu da bacarıb. Səfərdə "Sent-Etyen"lə 1:1 bərabərə qalan "Qarabağ" qrupda ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, təmsilçimizin rəqibləri “İnter” və “Dnepr” klubları da qüvvəsini sınayıb. Bu oyun Milan təmsilçisinin xeyrinə başa çatıb - 2:1.

27 noyabr

Avropa Liqasının qrup mərhələsi, V tur

00:05. "Sent-Etyen" (Fransa) – "Qarabağ" (Azərbaycan) - 1:1
Qollar: Vüqar Nadirov, 15 (0:1), Volfsvinkel, 21 (1:1)
Hakimlər: Kristin Yakobsson, Siqurdur Oli Torleyfsson və Qunnar Qunnarsson (hamısı İslandiya)
Sent-Etyen. “Joffrua Qişar” stadionu

 





28.11.2014    çap et  çap et