525.Az

İlham Əliyev mavritaniyalı həmkarını təbrik edib


 

İlham Əliyev mavritaniyalı həmkarını təbrik edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev mavritaniyalı həmkarı Məhəmməd uld Əbdüləzizi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
525.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.  Ümidvaram ki, Azərbaycan-Mavritaniya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkr.  Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram”.
 





27.11.2014    çap et  çap et