525.Az

“Xavi mənə şahmatçını xatırladır”


 

“Xavi mənə şahmatçını xatırladır”<b style="color:red"></b> “Mançester Yunayted”in əfsanəvi futbolçusu Rayan Giqqz açıqlama verib.

Lent.az-ın məlumatına görə, “Barselona”nın kapitanı Xavi Ernandes haqda danışan Giqqz onu tərifləyib.

Qeyd edək ki, sabiq “11 nömrə” Xavi ilə birlikdə Çempionlar Liqasında 151 oyun keçirməklə rekord göstəriciyə sahibdir. Giqqz bununla bağlı da fikirlərini bölüşüb: “Rekordu paylaşmaq yaxşı hiss deyil. Amma onu paylaşdığın futbolçu Xavidirsə, bundan yalnız məmnun ola bilərəm. Xavi mənə şahmatçını xatırladır. O, həmişə həmkarlarını 1-2 addım qabaqlayır. Mən Xavini “Barselona” tarixinin ən dahi futbolçularından sayıram. Ona qarşı çox oynamışam. Xavinin topu özündə saxlamaq bacarığı məni həmişə təəccübləndirib.

Ötürmələrindən hiss olunur ki, ideal qərar qəbul edir. Oyun tərzinə görə Pol Skoulza da bənzəyir”. 
 





27.11.2014    çap et  çap et