525.Az

İstintaq təcridxanasında nikah mərasimi keçirilib


 

İstintaq təcridxanasında nikah mərasimi keçirilib<b style="color:red"></b> Bakı İstintaq təcridxanasında nikah mərasimi keçirilib.
 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, həbs edilmiş şəxs İsmayılov Ramilin və onun yaxınlarının müraciəti əsasında Penitensiar Xidmətin rəhbərliyi nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.
 
2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Ağayeva Leyla və Qasımova İnci tərəfindən İsmayılov Ramil Novruz oğlunun vətəndaş Əsgərova Lalə Fərhad qızı ilə nikahı qeydə alınıb.
 
Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 





27.11.2014    çap et  çap et