525.Az

MTRŞ “Space”ə xəbərdarlıq etdi


 

MTRŞ “Space”ə xəbərdarlıq etdi<b style="color:red"></b> Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Lent.az-a verilən məlumata görə, iclasda “Space” Müstəqil Teleradio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı müzakirə edilib.

“Space” Müstəqil Teleradio Şirkəti” tərəfindən 22 noyabr 2014-cü il tarixdə saat 20:30-da efirə gedən “Hər həftə” xəbərlər-informasiya proqramının yayımı zamanı (saat 20:41) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin -  dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarət yetirmə səhnəsinin nümayiş etdirilməsi ilə “Televiziya və radio yayımı haqqında” qanunun 33-cü maddəsinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.1-ci bəndinin, həmçinin 17-26 noyabr 2014-cü il tarixlərdə “Televiziya və radio yayımı haqqında” qanunun 35.5, 35.7-ci maddələrinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq “Space” Müstəqil Teleradio Şirkəti”nə xəbərdarlıq edilib.
 





27.11.2014    çap et  çap et