525.Az

Yatsenyuk yenə baş nazir oldu


 

Yatsenyuk yenə baş nazir oldu<b style="color:red"></b>

Ukrayna Ali Radası noyabrın 27-də prezident Pyotr Poroşenkonun təqdimatına baxaraq Xalq Cəbhəsinin lideri Arseni Yatsenyuku baş nazir postuna təsdiqləyib.
 
“Media forum” saytı bildirir ki, Arseni Yatsenyukun  namizədliyinin lehinə 341 deputat səs verib.

Arseni Yatsenyuk əvvəlki hökumətdə də baş nazir postunu tuturdu.

1974-cü ildə anadan olan Arseni Yatsenyuk hüquqşünas, iqtisadçı, siyasətçidir. İqtisadiyyat naziri (2005-2006), xarici işlər naziri (2007), Ali Radanın spikeri (2007-2008) postlarını tutub. Bu il fevralın 27-də baş nazir təyin olunub.

 





27.11.2014    çap et  çap et