525.Az

Milli Məclisin iki deputatı Rusiyada foruma qatılıb


 

Milli Məclisin iki deputatı Rusiyada foruma qatılıb<b style="color:red"></b>

Rusiya Federasiyasının Kazan şəhərində «Avrasiya İqtisadi İnteqrasiya» forumu öz işinə başlayıb.

Modern.az xəbər verir ki, bu gün Rusiya Federasiyasının Kazan şəhərində «Avrasiya İqtisadi İnteqrasiya: naliyyətlər və problemlər» mövzusunda ikinji ijtimai forum öz işinə başlayıb.

Forumun işində Avrasiya inteqrasiya proseslərinin iştirakçısı olan dövlətlərin qanunvericilik, icra hakimiyyəti orqanlarının nümayəndələri, MDB ölkələri və Avropa İttifaqının ekspertləri, alimlər, siyasətçilər, ümumilikdə 20 ölkədən 300 nəfər nümayəndə iştirak edir. Forum İştirakçıları dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi, sosial siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev və Aydın Mirzəzadə iştirak edir.

 





27.11.2014    çap et  çap et