525.Az

Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edib


 

Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edib<b style="color:red"></b> Baş prokuror Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edib.
 
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumta görə, baş prokuror Zakir Qaralov noyabrın 27-də Tərtər Rayon Prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edib
 
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 32 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
 
Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər araşdırılması üçün aidiyyəti üzrə göndərilib.
 





27.11.2014    çap et  çap et