525.Az

ABŞ Dövlət Departamentinin nümayəndələri ANAMA-da olublar


 

ABŞ Dövlət Departamentinin nümayəndələri ANAMA-da olublar<b style="color:red"></b> ABŞ Dövlət Departamentinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) olublar.

ANAMA-dan APA-ya verilən məlumata görə, səfərin məqsədi Ceyrançöl layihəsinin icra prosesi ilə yerində tanış olmaq və ANAMA-nın ehtiyaclarını öyrənmək olub.   ANAMA baş qərargahında keçirilən görüşdə layihənin icrası barədə məlumat verilib.  

Daha sonra ABŞ nümayəndə heyətinin üzvləri Göygöl Regional Təlim Bazasına və layihənin icra  olunduğu Ağstafa rayonunun Ceyrançöl ərazisinə səfər ediblər. ANAMA-nın Göygöl bazasında qonaqlara agentliyin ümumi fəaliyyəti haqqında məlumat verilib, onlar üçün avadanlıq sərgisi təşkil olunub, baza şəraiti və minaaxtaran itlərin seleksiya məntəqəsi göstərilib.   ANAMA-nın fəaliyyəti zamanı əldə edilən nailiyyətlər, icra olunmuş və olunan layihələr, yerli və beynəlxalq səviyyəli təlimlər qonaqlar tərəfindən maraqla qarşılanıb.   Saloğlu bazası və Ceyrançöl ərazisinə səfər zamanı ANAMA-nın regional əməliyyat meneceri Mədəd Məmmədov baza və sahə şəraitlərində qonaqların müxtəlif texniki suallarını cavablandırıb.
 





27.11.2014    çap et  çap et