525.Az

"Ermənistan-Türkiyə normallaşma dövrünə dəstək proqramı" və ikili standartlar...


 

"Ermənistan-Türkiyə normallaşma dövrünə dəstək proqramı" və ikili standartlar...<b style="color:red"></b>

Başımız Batumidə ermənilərlə savaşa o qədər qarışdı ki, ermənilərin Ankarada  açdıqları növbəti cəbhənin fərqinə belə varmadıq. Təəssüf ki, bir-iki media orqanında "Ankarada Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə dair konfrans keçirilməsi" barədə informasiya yaymaqla kifayətləndik. Bu təsadüfdürmü?  Mənim anladığım qədəri ilə həyatda heç nə təsadüfən baş vermir. Xüsusən də erməni məsələsində...

Konfransın Ankara Universitetinin İqtisad Departamentinin "Politologiya" fakültəsində keçirilməsi bizim üçün təəssüf doğurmaya bilməz. Bu konfrans hər hansı bir oteldə və yaxud da erməni icmasına məxsus daha böyük salonda da təşkil edilə  bilərdi. Lakin ermənilərin bilavasitə Ankara Universitetini seçmələri bu konfransın "əhatə dairəsi"nin daha geniş olmasını həm Türk ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara göstərməkdən  ibarət idi.  Bunu bacardılar desək, heç də yanılmarıq.  Hər halda konfransın ekspertlərinin Türkiyə və dünyada yaşayan nüfuzlu şəxslərdən ibarət olduğunu nəzərə alsaq bu elə bəsdir. Onların sırasında Asaf Savaş Akat (Bilgi Universiteti, Türkiyə), Aleksandr İsgəndəryan (politoloq, Ermənistan), Əhməd İnsel (Qalatasaray Universiteti, Türkiyə), Raymond Geforkyan (Paris Universiteti, Fransa), Fuat Keyman (Sabancı Universiteti, Türkiyə), Jirayr Liparidyan (Miçiqan Universiteti, ABŞ), H. Neşe Özgen (Mimar Sinan Universiteti, Türkiyə), Volkan Vural (TÜSİAD, Türkiyə) -Aydın Doğanın köməkçisi, Tomas de Vaal (Kornegi Fondunun aparıcı eksperti, "Qara Bağ" kitabının müəllifi, ABŞ) və başqaları var.

Yaxşı bəs, Türkiyə hakimiyyətinin  bu kimi mövzularda ermənilərə "yaşıl işıq" yandırmalarının səbəbi nədir? Olmaya Azərbaycanın və yaxud da Türkiyədə yaşayan azərbaycansevərlərin nəbzini yoxlamaq istəyirlər. Ola bilsin ki, Türkiyə hökuməti bu konfransı və ya təşəbbüsü sadəcə olaraq müstəqil QHT-lərin fəaliyyəti ilə əlaqələndirsin. Bu inandırıcı arqument olardı, əgər Baş nazirin məsləhətçisi Etyen Mahçupyan bəhs olunan konfransda iştirak etməsəydi. Hər halda Baş nazirin məsləhətçisi öncədən razılıq almasaydı, təbii ki, bu cür qalmaqal yaradacaq konfransda iştirak etməzdi.

Hələ bir neçə il əvvəl Barak Obamanın Türkiyəyə səfəri və orada verdiyi açıqlamalar, Prezident İlham Əliyevin Türkiyə səfərindən imtina barədə qərarı və bu qərarın dəyişdirilməsi istiqamətində Ərdoğan, Gül və ən nəhayət ABŞ dövlət katibi, xanım Klintonun göstərdiyi çabalar, Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində AKP hökumətinə yandaş medianın göstərdiyi canfəşanlığı görəndə erməni QHT-lərin Türkiyədə necə fəal işlədiyinə bir daha əmin olmuşdum. Bu gün də yaşadıqlarımız belə deməyə əsas verir ki, o gündən bu günə ermənilər və onların ictimai təşkilatları üçün heç nə dəyişməyib. O zaman bu layihə reallaşmadı, Azərbaycan haqlı etirazına qoşulan Türkiyə ictimaiyyəti hökuməti geri addım atmağa vadar etdi.

Ermənilərin noyabr revanşında Azərbaycana qarşı bu təhdidlərin məhz Avropa Birliyinin proqramı çərçivəsində  həyata  keçirilən forumdan qaynaqlandığını nəzərə alsaq, Ankaradakı proseslərin də arxasında elə bir zamanlar yuxarıda adını çəkdiyimiz qurumun durduğunu görməmək mümkün deyil. 

"Ermənistan-Türkiyə normallaşma dövrünə dəstək proqramı" adlanan, Türkiyə və Ermənistandan 8 QHT-nin bir araya gələrək yaratdığı, Avropa Birliyi tərəfindən maliyyələşən proqramın məqsədi, Türkiyə və Ermənistan arasındakı dondurulmuş dialoqu bərpa etmək, qarşılıqlı şəkildə iş adamlarını sərmayə yatırmağa stimullaşdırmaq, təhsil və mədəni sahədə ortaq layihələr reallaşdırmaq, mövzu üzrə  maarifləndirici konfranslar təşkil etmək, hər iki tərəfin bir-biri haqqında obyektiv xəbər almasına şərait yaratmaqdır.

Proqramı hazırlayıb həyata keçirən QHT-lərin başında  bu günlərdə Ankara keçirilən konfransının bilavasitə təşkilatçısı "Hrant Dink Vəqfi"dir (http://hrantdink.org/picture_library/SealedGate-englishprogramme.pdf).

"Türkiyə Ekonomi Politikaları Araşdırma Vakfı", "Anadolu  Kültür",  "Helsinki Yurttaşlar Dərnəyi", "Civilitas Foundation", "Eurasia Partnership", "Public Journalism Club", "Regional Studies Center" kimi QHT-lər də "Hrant Dink Vəqfi"nə bu və ya digər mənada dəstək verirlər. Bu barədə biz hələ 7-8 ay bundan əvvəl həyəcan siqnalı vermişdik. Amma bizim cəmiyyət, xüsusən də QHT-lər və media yenə də susqunluq nümayiş etdirərək problemin üzərinə getmədi. Ermənilər isə bizim bütün diqqətimizi "Batumi cəbhəsi"nə yönəldərək və Azərbaycandakı casus şəbəkəsinin media qolunun köməyi ilə bizləri şüurlu şəkildə digər polemikalara yönəldərək, Ankarada səssiz-səmirsiz yeni bir layihəyə  start verdilər.

Yaxşı bəs, Avropa Birliyinin də maliyyələşdirdiyi "Ermənistan-Türkiyə normallaşma dövrünə Dəstək Proqramı" nədir? Əlbəttə, proqramın qarşısında duran vəzifələrdən biri Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması, sərhədlərin açılması və s. kimi irəli sürülən ideyalar ətrafında daha çox QHT-nin birləşməsini təmin etmək, belə demək mümkündürsə təşəbbüsü kütləviləşdirmək və bununla da dövlətə təsir imkanı əldə etməkdir. Avropa Birliyi bu məqsədlə 200-300 min avrosundan da keçərək, hələ 8 ay bundan öncə Ankara konfransının "təməlini qoyub".

http://www.avrupa.info.tr/tr/bilgi-kaynaklari/haber-arsivi/news-single-view/article/-4afef29cde.html

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verə biləcək, hər iki ölkənin insanları arasında körpü rolunu oynaya biləcək bütün layihələr üçün müvafiq olaraq 30 min avroluq qrantlar da nəzərdə tutulub. Hətta proqram üçün üç dildə fəaliyyət göstərən sayt da yaradılıb.

http://www.armenia-turkey.net/tk/home

Ankara Universitetində keçirilən konfrans da 30 min avroluq tədbirlərin sırasındadır. Ermənilər indi də aşağıdan yuxarıya doğru öz təsir dairələrini genişləndirmək, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına cəmiyyəti hazırlamaq istəyirlər. Onlar Türkiyə ilə Ermənistan arasında çoxtərəfli əlaqələrin qurulması üçün planlı və proqramlı şəkildə fəaliyyət göstərirlər. Bu əlaqələr rəssamlıqdan folklora, memarlıqdan kino sektoruna, turizmdən təhsilə və s. kimi istiqamətlərdə qurulur. Aşağıdakı linklərə diqqət edək:

http://www.armenia-turkey.net/tk/events-from-yerevan-to-van-istanbul

http://www.armenia-turkey.net/tk/event-yavas-gamats

http://www.armenia-turkey.net/tk/Media-bus-in-media-center

http://www.armenia-turkey.net/tk/outreach-meeting-yerevan

http://www.armenia-turkey.net/tk/1404906595

http://www.armenia-turkey.net/tk/Cinema-platform-award

Əslində müəyyən dərəcədə buna nail olublar da. Son dövrlərdə rəsmi Ankaranın ermənilərə qarşı "humanist" mövqe göstərməsi deyilənlərə bariz nümunədir. Vandakı erməni kilsəsinin bərpası, vətəndaşlığı olmayan ermənilərin uşaqlarına təhsil hüququnun verilməsi, Ərdoğanın ermənilərə başsağlığı verməsi, Şimali Kiprdəki erməni kilsəsinin ibadət üçün ermənilərin üzünə açılması, Etyen Mahcupyanın məsul vəzifəyə təyin olunması və bu kimi faktların sayını artırmaq da olar.  Anlaşılan odur ki, Ermənistanla sərhədlərin açılması üçün çalışanlar Fətulla Gülənin də xeyir-duasını alıblar. Məhz Gülənə məxsus qəzetin nümayəndəsi ermənilərin fəxri qonağı və təbliğatçılarındandır.

http://www.armenia-turkey.net/tk/Media-bus-in-media-center

Əlbəttə ki, Türkiyə dövləti və cəmiyyətinin ermənilərə qarşı münasibətinin bu dərəcədə dəyişməsində Türkiyədə fəaliyyət göstərən erməni və erməniyönümlü QHT-lərin rolu danılmazdır.

Bir müddət əvvəl Qarabağa səfər edən Aris Nalci da Avropadan qrant alan bu kimi Türkiyə ermənilərindəndir. Qarabağa səfər etməkdə və bu səfəri ballandıra-ballandıra qələmə almaqda məqsədi isə məhz bu günlərdə keçirilən Ankara toplantısına "töhfə" vermək, zəmin hazırlamaq idi.

http://platform24.org/objective/470/objective-den-iki-gazetecilik-projesine-destek

Görünür Ermənistanda Türkiyənin ictimai-siyasi həyatını yaxından təqib və  dərindən  təhlil  edən beyin mərkəzləri var ki,  məhz onların göndərdikləri tezislər bu QHT-lərin fəaliyyətinin səmərəliliyini təmin edir. Bizim bəzi QHT-lər isə Azərbaycanı nüfuzdan salmaq üçün Avropanın bəzi dairələrinin  "şineli"nə bürünüb hər cür dəyəri qurban verirlər. Əsas odur ki, layihə alıb, pul qazansınlar...

Maraqlıdır ki, Ermənistanla Türkiyə arasında normallaşma prosesinə dəstək verən Avropa dairələri elə həmin Azərbaycan QHT-lərinə qrant ayıranlardır. Əminliklə deyə bilərik, hal-hazırda Türkiyədə start verilən Türkiyə-Ermənistan normalaşma dövrü adlı proses, Azərbaycanda bəzi ermənipərəst insanların irəli sürdükləri, Ermənistan dövlətinin mənafeyinə xidmət edən "xalq diplomatiyası" adlı təşəbbüsün məntiqi davamıdır. Çox maraqlı məqamlardan biri də budur ki, Türkiyə ilə Ermənistan arasında bağlı qapıların açılması üçün çalışan beynəlxalq təşkilatlardan bir çoxu Azərbaycanda  bəzi QHT-lərə də yardım edərək, hətta internet televiziyası (Obyektiv TV) quraraq guya ki, insan haqlarının və söz azadlığının pozulmasını dünyaya tirajlayır (Maddi qaynağı Danimarka Xarici İşlər Nazirliyi nəzdində Danimarka Beynəlxalq İnkişaf Agentliyidir). Digər tərəfdən isə Qarabağdakı qanunsuz rejimin legitimləşdirilməsi üçün pul və  çapa xərcləyir. Al sənə növbəti ikili standart...

Niyaz NİFTİYEV
Azadinform

 





27.11.2014    çap et  çap et