525.Az

Yeni il üçün "Madaqaskar"


 

Yeni il üçün "Madaqaskar"<b style="color:red"></b> Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il tamaşasının yaradıcılıq işlərinə başlanılıb.
 
Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, hər il olduğu kimi bu dəfə də kiçik yaşlı tamaşaçılarımızı maraqlı, əyləncəli, hədiyyə və sürprizli yeni il tamaşası gözləyir.

Əməkdar artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq "Madaqaskar" adlı yeni il tamaşasında qəhrəmanlar ekrandan səhnəyə gəlməklə, maraqlı rejissor yozumu və süjet xətti, rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçıların yeni il tətilinə əvəzolunmaz hədiyyə olacaq.

Tamaşada teatrın gənc və istedadlı aktyorları Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Roza İbadova, Anar
Seyfullayev, Araz Pirimov və başqaları uşaqların sevimli obrazlarını canlandıracaqlar.

Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 25-dən, 2015-ci ilin yanvar ayının 4-dək saat 12.00, 14.00-da nümayiş etdiriləcək.

Bundan başqa, hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda "Madaqaskar"ı izləyəcəklər.
 





27.11.2014    çap et  çap et