525.Az

Zaur Tağıyevin "Narıncı"sı sərgilənəcək


 

Zaur Tağıyevin "Narıncı"sı sərgilənəcək<b style="color:red"></b> Noyabrın 28-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində, tanınmış rəssam Zaur Tağıyevin "Narıncı" adlı fərdi sərgisi açılacaq.

Akademiyadan AzərTAc-a bildirilib ki, rəssamın müxtəlif janrlarda işlədiyi rəngkarlıq əsərləri orijinallığı və göz oxşayan koloritinə görə fərqlənir. Zaur Tağıyev realizm, surrealizm və son dövrlərdə isə mücərrəd üslublarda işləyir. Onun əsərləri dünyanın bir sıra ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.

Dekabrın 10-dək davam edəcək sərgidə rəssamın 100-dən artıq əl işi mümayış olunacaq. Həmçinin bu işlərin simvolik qiymətə satışı da nəzərdə tutulub.

Bu, rəssamın üçüncü fərdi sərgisidir. Zaur Tağıyevin ilk fərdi sərgisi 2010-cu ildə keçirilib. 2013-cü ildə isə onun ADRA-da "Ümid" adlı rəsm sərgisi təşkil olunub.
 





27.11.2014    çap et  çap et