525.Az

Bu gün Brüs Linin doğum günüdür


 

Bu gün Brüs Linin doğum günüdür<b style="color:red"></b>

Bu gün məşhur döyüş ustası və aktyor Brüs Linin ad günüdür.

Axşam.az-ın məlumatına görə, 1940-cı ildə Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan aktyorun əsl adı Brüs Jun Fan Lidir. Atası və anası Çin operasında aktyor olublar. Brüs film karyerasına 8 yaşında Honq-Konqda başlayıb. O, küçə döyüşündə məğlub olmamaq üçün Kunq Funu öyrənmək qərarına gəlir və 1954-cü ildə məşhur Kunq Fu ustası Sifu Yip Manın şagirdi olur. Bir müddət sonra Brüs ABŞ-a gedir. Vaşinqton Universitetinin Fəlsəfə Hissəsinə yazılır. B.Li rəqsə böyük marağı ilə də seçilirdi. O, ən sevdiyi "Ça Ça Ça" rəqsində Honq-Konq çempionu olub.

 "Qəzəbin yumruğu", "Marlov", “Əjdahanın yolu”, “Ölüm oyunu”, “Böyük Boss”, “Var-dövlət xəyala bənzəyir” və s. filmlərdə çəkilib.

Brüs Li 1973-cü ildə “Ölüm oyunu” filminin çəkilişləri əsnasında hələ də səbəbi dəqiq bilinməyən baş ağrısından dünyasını dəyişib.
 
Qeyd edək ki, aktyorun oğlu  Brendon Li 1993-cü ildə “Qarğa” filminin çəkilişi zamanı qarnından vurularaq öldürülüb. Onların hər ikisi ABŞ-ın Sietl əyalətində dəfn olunublar.

 





27.11.2014    çap et  çap et