525.Az

Mövcud hava durumu noyabrın sonuna qədər davam edəcək


 

Mövcud hava durumu noyabrın sonuna qədər davam edəcək<b style="color:red"></b>

Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın sonuna kimi davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında noyabrın 28-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal; var/  Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 





27.11.2014    çap et  çap et