525.Az

Qazaxıstanda mistik yuxu xəstəliyi


 

Qazaxıstanda mistik yuxu xəstəliyi<b style="color:red"></b>

Qazaxıstanın Kalaçi kəndində artıq iki ildir sirli yuxu xəstəliyi tüğyan edir.

Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyindən Trend-ə deyiblər ki, qəribə xəstəliyi araşdıran işçi qrupu bu xəstəliyin virus və bakteriya xassəsini istisna edir.

İlk dəfə 2013-cü ildə qeydə alınan xəstəliyə yoluxan insanlar iş yerlərində, məktəb partası arxasında yuxuya gedirlər və onları bir neçə sutka ərzində oyatmaq olmur. İndiyədək təqribən 60 nəfərdə bu xəstəlik qeydə alınıb.

Qazaxıstan və Rusiya alimləri fəal iş aparsa da, xəstəliyin səbəbini hələ də müəyyən etmək mümkün olmayıb. Bununla belə, tibbi tədqiqatlar həmin insanların sağlam olduğunu göstərir.

Bəzi versiyalara görə xəstəliyə səbəb uran zəhərlənməsi və radiasiya təsiridir. Belə ki, Kalaçi kəndi SSRİ dövründə uran filizinin çıxarıldığı Krasnoqorsk qəsəbəsinin yaxınlığında yerləşir. Lakin həmin mədən 1990-cı illərin əvvəllərində bağlanıb.

Lakin radiasiya sahəsində çalışanlar iddia edirlər ki, radiasiya yuxu effekti vermir. Digər versiyalar arasında zəhərlənmə, həşərat sancması, hətta "yadplanetlilərin təsiri" var.

 





27.11.2014    çap et  çap et