525.Az

Sosial şəbəkələr bayram sevincini öldürür


 

Sosial şəbəkələr bayram sevincini öldürür<b style="color:red"></b> Sosial şəbəkələr bayram sevincini öldürür.

Britaniyalı yepiskop Facebook və Tvitter kimi sosial şəbəkələri Yeni il ənənələrini məhv etməkdə günahlandırıb.

“Daily Telegraph” qəzetinin yazdığına görə, Pol Beys adlı yepiskop bildirib ki, kağızla təbrik məktublarının yerini internet məlumatlar əvəz etdiyi üçün bu bayram ənənəsinə də kölgə düşüb.

“Biz əllə yazılan təbrik teleqramlarından imtina etməklə çox şey itiririk. Ona görə də bayramın yarısı bu cür mənasız və mahiyyətsiz keçir”.
 
Bununla yanaşı, Beys bildirib ki, sosial şəbəkələrdə də pis heç nə görmür:

“Mənim də facebookda səhifəm var. Tvitterdən də çox xoşum gəlir. Amma əllə yazılan bayram açıqcasının əvəzini heç nə vermir. Bu açıqcalar birbaşa ünvana çatdırılır. Əllə yazılan təbriklər xüsusi dəyərə malik olur”.
 
Din adamı onu da deyib ki, bu ənənənin yenidən bərpa edilməsi üçün bu bayramda düz 600 təbrik açıqcası yazmağı planlaşdırır. O, eyni zamanda digər din adamlarını da bu ənənəni davam etməyə səsləyib.

Musavat.com
 





27.11.2014    çap et  çap et