525.Az

Ukraynada ATƏT-in müşahidə qrupu atəşə tutuldu


 

Ukraynada ATƏT-in müşahidə qrupu atəşə tutuldu<b style="color:red"></b> Noyabrın 26-da Ukraynanın Donetsk vilayətində  ATƏT-in müşahidə qrupu qumbaraatan və zenit qurğusundan atəşə tutulub.
 
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in rəsmi açıqlamasında deyilir.
 
Hadisə ATƏT nümayəndələrinin Ukrayna hərbçilərinin müşahidəsi ilə iki nəzarət-keçid məntəqəsi arasında avtomobillərlə hərəkət etdikləri zaman baş verib. İnsident nəticəsində zərərçəkən olmayıb. Аtəşin kim tərəfindən və nə məqsədlə açıldığı barədə məlumat verilmir.
 





27.11.2014    çap et  çap et