525.Az

Qız Qalasında “Bakı-2015”lə bağlı şou


 

Qız Qalasında “Bakı-2015”lə bağlı şou<b style="color:red"></b> Bu gün paytaxtda “Bakı-2015” I Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə şou təşkil edilib.
 
APA-nın xəbərinə görə, Qız qalasının üstündə lazer effektləri ilə “Bakı-2015”in loqosu, həmçinin rəsmi simvolları və video tanıtımı nümayiş etdirilib.
 
“Bakı-2015” Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib ki, tədbir “Bakı-2015” I Avropa Oyunlarının rəmzlərinin təqdimatına həsr olunub. O bildirib ki, oyunların açılış mərasiminin başlaması yaxınlaşdıqca belə tədbirlərin sayı çoxalacaq.
 
Ç.Viceratna “Bakı-2015” Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını da qeyd edib.
 





27.11.2014    çap et  çap et