525.Az

SAM-ın nümayəndə heyəti BƏƏ-yə səfər edib


 

SAM-ın nümayəndə heyəti BƏƏ-yə səfər edib<b style="color:red"></b>

26 noyabr 2014-cü il tarixində SAM-ın nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin ən nüfuzlu beyin mərkəzi hesab olunan Strateji Araşdırmalar Mərkəzində "Cənubi Qafqazdakı münaqişələr  regional və beynəlxalq kontekstdə" mövzusunda mühazirə ilə çıxış etmək üçün Abu - Dabiyə (BƏƏ) səfər edib.

525.az-ın Mərkəzə istinadən verdiyi məlumata görə, SAM-ın nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktor müavini Gülşən Paşayeva və SAM-ın məsləhətçi eksperti Kamal Qasımov daxildir.

BƏƏ-nin Strateji Araşdırmalar Mərkəzində SAM-ın Direktor müavini Gülşən Paşayeva "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğursuz vasitəçilik səyləri" və SAM-ın məsləhətçi eksperti Kamal Qasımov "Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-nin rolu" mövzularında məruzələrlə çıxış ediblər.
 
Sonda məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırıblar. 

 





26.11.2014    çap et  çap et