525.Az

ANS- 23


 

ANS- 23<b style="color:red"></b>

Bu gün Azərbaycanın ilk müstəqil telekanalı olan ANS-in yaranmasından 23 il ötür.

APA-nın xəbərinə görə, ANS 1991-ci ildə 3 gənc jurnalist - Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılıb.
 
Televiziya kimi ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edən ANS-in müxbirləri Qarabağdan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan - Osetiyadan, Abxaziyadan, Əfqanıstandan və s. münaqişə zonalarından reportajlar hazırlayıblar. ANS yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını reportajlarla təmin edib.
 
Bu gün mediaholdinq kimi fəaliyyət göstərən ANS Şirkətlər Qrupuna ANS TV ilə yanaşı, Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu, ANS PRESS xəbər portalı, “BakıFilm” Kinostudiyası da daxildir.

 





26.11.2014    çap et  çap et