525.Az

Çin "Microsoft"u cərimələdi


 

Çin "Microsoft"u cərimələdi<b style="color:red"></b> ABŞ-ın “Microsoft” korporasiyası vergi ödəməkdən yayındığına görə Çin hökuməti tərəfindən  140 milyon dollar məbləğində cərimə edilib. 
 

525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən il Çin vergi ödəməyənlər ilə mübarizə üzrə beynəlxalq proqrama qoşulub.

O vaxtdan “Microsoft”a tətbiq edilən 840 milyon yuan (təxminən 137 milyon dollar) məbləğində cərimə ölkə tarixində tətbiq edilən ən böyük cərimə olub.
 
ABŞ korporasiyasının nümayəndələri bildiriblər ki, istehsalçı vergiləri Çin və ABŞ arasında 2012-ci ildə imzalanan ikitərəfli sazişə uyğun ödəyir. 
 
Beləliklə, “Microsoft”un Çin bazarında problemləri davam edir. Belə ki, bundan əvvəl ölkədə “Microsoft OneDrive” servisi blok edilib və bütün dövlət idarələrində korporasiyaya məxsus "Windows 8” əməliyyat sistemindən istifadə qadağan olunub.
 





26.11.2014    çap et  çap et