525.Az

QMİ-dən məsciddəki təxribatla bağlı açıqlama


 

QMİ-dən məsciddəki təxribatla bağlı açıqlama<b style="color:red"></b> Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ötən gecə naməlum şəxslər tərəfindən Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib.
 
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən ekskluziv açıqlamada bildirilir ki, həmin məscid daxilində və yaxud məscidin idarəçiliyini həyata keçirən dini icma daxilində bağlı heç bir problem yoxdur.
 
QMİ-dən bildirilib ki, baş verən hadisə kənar qüvvələr tərəfindən törədilib və bunun araşdırılması üçün də hüquq mühafizə orqanları məşğul olur:
 
“Hüquq-mühafizə orqanları araşdırmanın nəticəsini açıqladıqdan sonra hadisəyə öz mövqeyimizi bildirəcəyik”.
 
Qeyd edək ki, ötən gecə naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb.
 





26.11.2014    çap et  çap et