525.Az

Prezident 5 ölkənin səfirinin etimadnaməsini qəbul edib


 

Prezident 5 ölkənin səfirinin etimadnaməsini qəbul edib<b style="color:red"></b>

Prezident İlham Əliyev 5 ölkənin səfrinin etimadnaməsini qəbul edib.

Lent.az-ın məlumatına görə, dövlət başçısı  İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Conatan Endryu Karrın, Avstraliya İttifaqının fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenin, Tailand Krallığının fövqəladə və səlahiyyətli səfiri Tharit Çarungvatın, Qvatemalanın fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonun, Filippinin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria Rovena Mendoza Sançezin etimadnaməsini qəbul edib.

Səfirlərlə görüşdə Azərbaycanla həmin ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı yüksək dəyərləndirilib.
 
Prezident İlham Əliyev əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

 





26.11.2014    çap et  çap et