525.Az

Xəzərin səviyyəsi 28 metr enib


 

Xəzərin səviyyəsi 28 metr enib<b style="color:red"></b>

"Xəzər dənizinin səviyyəsi düşməkdədir. Son məlumatlara görə, suyun səviyyəsi 28 metr enib. Bu, təxminən ötən əsrin 70-ci illərində olan səviyyədir".

Bunu APA TV-yə AMEA-nın Goğrafiya İnsitutunun direktoru Ramiz Məmmədov deyib. O, bunun səbəbinin iqlim amili ilə bağlı olduğunu bildirib:

"Xəzər dənizinin gəlir hissəsinin əsasını Volqa çayı təşkil edir. Son bir neçə ildə Volqa çayının suyu azalmağa başlayıb. Bu il isə həddindən çox azalıb və ildə 200 kub.km-ə düşüb. Adətən bolsulu illərdə bu çayın suyu 300 kub.km olur. Məsələn, Xəzər dənizinə 5 kub. km su töksək, dənizin səviyyəsi 1 sm qalxar.

Təsəvvür edin ki, 100 kub.km su gəlmədi. Bu, artıq 20 sm deməkdir. Bundan əlavə, düşən yağıntının da miqdarı azalıb".
 
Ramiz Məmmədov deyib ki, Xəzər dənizinin səviyyəsinin həm qalxması, həm də enməsinin mənfi tərəfləri var:

"Qalxanda ətraf əraziləri su basır, enəndə isə ilk növbədə limanlar əziyyət çəkir. Çünki gəmilər limanlara yan ala, gəmilər onlar üçün düzəldilmiş hidrotexniki qurğulara yaxınlaşa bilmir. Ən əsası isə bioloji məhsuldarlığın həcmi azalır, balıqların dövran etməsində yer daralır".
 
Onun fikrincə, Xəzərin səviyyəsinin enməsi heç də həyəcan təbili çalınmasına əsas vermir.

 





26.11.2014    çap et  çap et