525.Az

Nəqliyyatda vahid kartlar metroda da istifadə olunacaq


 

Nəqliyyatda vahid kartlar metroda da istifadə olunacaq<b style="color:red"></b> “Azərbaycanda ictimai nəqliyyatda vahid elektron ödəmə sisteminin tətbiqi üçün kifayət qədər işlər görülməlidir.

Hazırda bu istiqamətdə işlər davam etdirilir. Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər, daha dəqiq mart ayının 1-dən etibarən bu sistemə tam keçid baş tutacaq”, - deyə nazir müavini bildirib.
 
Onun sözlərinə görə, sözügedən kartlar təkcə avtobuslarda deyil, həm də metropolitendə də istifadə olunacaq.
 
“Gələcəkdə vahid kartlardan bütün nəqliyyat vasitələrində istifadə olunacaq. Biz bank kartlarının da bu ödəmə sistemində istifadə olunmasını istəyirik”, - deyə M. Pənahov qeyd edib.
 
Nazir müavini deyib ki, vahid kart sisteminin tam tətbiqi ictimai nəqliyyatda qiymət artımına səbəb olmayacaq:

“Qiymət artımı ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır, təkliflər səsləndirilir, lakin hazırda gündəlikdə belə bir məsələ yoxdur”.

APA 
 





26.11.2014    çap et  çap et