525.Az

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq


 

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq<b style="color:red"></b> Bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İstehsalat Birliyindən

Lent.az-a verilən məlumata görə, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir işləri aparılacaq.

Bununla bağlı  bu gün saat 15:00-dək Nərimanov rayonunun bir hissəsinə, saat 11:00-dan 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Ağstafa rayonuna və Yevlax rayonunun bir hissəsinə, işlər başa çatanadək Sabunçu, Nəsimi, Qaradağ, Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
 





26.11.2014    çap et  çap et