525.Az

Parisdə Bakı 2015 Avropa Oyunlarının təqdimatı keçiriləcək


 

Parisdə Bakı 2015 Avropa Oyunlarının təqdimatı keçiriləcək<b style="color:red"></b> Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Bakı 2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.
 
Lent.az-ın məlumatına görə, tədbir çərçivəsində qonaqlar “Bakı 2015”ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar.
 
“Biz birlikdə” adlanan bu sərgidə Azərbaycan heykəltəraşlarının 20-dən çox əsəri nümayiş etdiriləcək. Daha sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilmiş film təqdim olunacaq. Filmdə bu yarışa hazırlıqla bağlı Bakıda aparılan işlər, yaradılan idman infrastrukturu və həyata keçirilən digər tədbirlər əksini tapıb.
 
Təqdimat mərasimində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı xanımlarının çıxışı da olacaq.
 
Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim ediləcək.
 
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu vaxtadək Kann, Afina, Berlin və İstanbul şəhərlərində “Bakı 2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
 
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 18-dək keçiriləcək. Yarışlarda 20 idman növü üzrə 49 ölkədən 6000-dən çox idmançı mübarizə aparacaq.
 





26.11.2014    çap et  çap et