525.Az

Akinfeyev antirekordunu yenilədi


 

Akinfeyev antirekordunu yenilədi<b style="color:red"></b> MOİK-inin qapıçısı İqor Akinfeyev Çempionlar Liqasında antirekordunu yeniləyib.

Apasport.az saytının məlumatına görə, Rusiya millisinin qolkiperi qitənin ən möhtəbər klub turnirinin V turunda doğma publika önündə “Roma” ilə matçda yenə azarkeşlərini üzüb.
 
Belə ki, Akinfeyev ardıcıl 26-c oyunda qol buraxıb. Moskvada 1:1 hesabı ilə başa çatan qarşılaşmada 28 yaşlı qolkiper görüşün 43-cü dəqiqəsində “canavarlar”ın əfsanəvi futbolçusu Françesko Tottinin topunu tordan çıxarıb.
 
Qeyd edək ki, Akinfeyevin uğursuz seriyası 2006/07 mövsümündə başlayıb. O, sonuncu dəfə “Arsenal”la oyunda topu tordan çıxarıb. Bu görüşdən sonra qapıçı ardıcıl olaraq, rəqib futbolçular qarşısında məyus olmağa başlayıb. Bu isə onun ümümilikdə, üzüldüyü 48-ci top olub.
 
Onu da əlavə edək ki, İqor Akinfeyevdən sonra antirekord PSV-nin sabiq qolkiperi Ronald Vaterreusə məxsusdu. Hollandiyalı isə Çempionlar Liqasının 16 oyununda qapısında top görüb
 





26.11.2014    çap et  çap et